20 Aprel 2024

44 yaşın mübarək Vüsal müəllim, Vüsal Bayramov, Vüsal Rafiqoğlu!

Vüsal Bayramov. Artıq tanışlığımızın yaşı bir neçə ili addıyıb. Bilirəm ki, bu adam həmişə həyata nikbin baxıb. Çətinliyi olsa belə gülərüz olub. Dərdi içində qovurub, qovurmasını tək yeyib. Dostla bölüşdüyü tək xoş xəbərlər olub. Həyatda qazandığı dostlar da ona bu xüsusiyyətlərinə görə daim  rəğbət bəsləyiblər.

Bayramov soyadı babanın adıdı. Bərdədə Bayram müəllimin adı həmişə hörmətlə çəkilir. Dövrün adamları Bayram müəllimin gözəl ziyalı, rəhbər olduğundan ağız dolusu danışırlar. Pionerlər evinin müdiri, mədəniyyət şöbəsinin müdiri, musiqi məktəbinin direktoru olduğu illərdə Bayram müəllim özü ağırlığında xətir hörmət qazanıb. Heç şübhəsiz belə ömür hər kişiyə nəsib olmur. Vəzifədə işləyib ad, san qoymaq əsilzadə, bəy adamların görə biləcəyi bir iş olur, ancaq. Vüsal müəllimin soyadının Bayram müəllimə məxsusluğu da O, kişinin layiqincə yolunun davam etdirilməsi deməkdir. Məlum məsələdir ki, həyatda hər kəsin yolu olur, hər nəslin adı getdiyi yolla yadda qalır. Gedənlərin şərəfli yolunu davam etdirmək isə olduqca məsuliyyətli iş deməkdir. Vüsal Bayramovun yolu nəslin adına layiq olduğu üçün daim hörmətlə qarşılanır.

Adamlar var, bir ailənin əzizi olur. İşi, fəaliyyəti bir ailə, nəsillə məhdudlaşır. Ancaq, adam da var ki, onun varlığı xalqın həyatına qarışmış olur. Başqalarına kömək etməyi özünə borc bilir. Xırda ictimai problemi həll edəndə sevincinin həddi hüdudu olmur. Media fəaliyyəti ilə məşğul olanların həyatında da bu ictimai məfhum əsas yer tutur. Bu gün Vüsal müəllimin yaratdığı media təsisatları heç şübhəsiz ki, cəmiyyətimiz də olan ictimai xarakterli problemlərin ardan qaldırılmasında az rol oynamır. Arantv, Aran media təsisatları Azərbaycan mətbuatının uğuru kimi özünü təsdiq edib.

Bayaq, nəslin yolunu qeyd etdim, Bayram müəllimin adını çəkdim. Bayram müəllimdən sonra bu yolu layiqincə davam etdirən Rafiq müəllim var. Onun tərbiyyəsi sayəsində Vüsal müəllim yetişib, formalaşıb. İnsanı yetişdirən ən əsas onun yaşadığı mühit olur. Bu mənada Rafiq müəllimin,Aypara xanımın yetişdirdiyi Vüsal Bayramov artıq cəmiyyətin yükəsək kateqoriyaya çevrilən məhsuluna çevrilib.

Bu günkü paylaşmalardan Vüsal müəllimin ad gününün olduğunu bildim. Müqəddəs rəqəmə çevrilən 44 yaşını qeyd edir, Vüsal müəllim. 44 rəqəmi Azərbaycanın hərb tarixinə elə yazıldı ki, onu dünya belə heç zaman unutmayacaq. Bu 44 xalqımıza, vətənimizə qələbə bəxş elədi. Elə bilirəm ki, Vüsal müəllimin də 44-ü xüsusi məna çalarına malik olmalıdır. 44 yaşın mübarək Vüsal müəllim, Vüsal Bayramov, Vüsal Rafiqoğlu! Sizə uzun ömür, can sağlığı arzu edirəm.

Hörmətlə, Musa Muradlı- Media1.az