25 Aprel 2024

44 gün ərzində Azərbaycan ordusu hər gün irəli gedirdi

İki il öncə Azərbaycan tarixin ən böyük imtahınını verdi. Dünyaya bir daha özünün necə bir qüdrətli xalq olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə illərdən bəri işğal altında olan torpaqlarımızı ordumuz azad etdi.
O günləri indi biz bir qəhrəmanlıq tarixi kimi xatırlayırıq.Elə bir tarix ki hər səhifəsində şəhidlərimizin qanı var. Və biz bu tarixin canlı şahidləriyik. İllərdən bəri hər birimiz torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunacağı günü səbrsizliklə gözləyirdik. Yurd həsrətində olan ahıllarımız nisgilli dünyasını dəyişir, gəncimiz yurda həsrət qocalırdı. Bu dərdi yurd-yuvasından didərgin düşən soydaşlarımız təklikdə çəkmir. Hər bir azərbaycanlı Qarabağın erməni əsirliyini özünə dərd edirdi. Xarı bülbülün əsirliyinə utanırdı. Minlərlə əsirimizin acı taleyini faciə kimi qəbul edirdi. Xocalı, Ağdaban, malıbəyli qətliamlarını qan yaddaşımızda oyaq saxlayırdıq. Səbrsizliklə xalqımızın qələbə gününü gözləyirdik. O gün gəldi. 27 sentyabrda başlayan döyüşlər illərdən bəri işğal altında qalan torpaqlarımızın azadlığı üçün ən şərəfli tarixə çevrilmiş oldu. Bu tarixi şanlı ordumuz qızıl hərflərlə yazırdı. Hər gün cəbhədən qələbə xəbərləri alırdıq. Möhtərəm prezidentimizin tvit xəbərlərini aldıqca sevincimizin həddi hüdudu olmurdu. Füzuli cəbhəsindən başlayan ilk qələbə xəbərlərini eşitmək qələbəmizin müjdəsi oldu. Ardınca Cəbrayıl, Zəngilan, Qubadlının azad olduğunu eşitdiyimizdə böyük xoşbəxtliyimizi hiss edirdik. Ordumuzun qüdrəti sayəsində 44 günlük müharibə qələbəmizlə nəticələndi. Möhtərəm ali baş komandanımızin qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində Ermənistan diz çökdürüldü. Şuşa qələbəmizin ən əsas faktorunu təşkil etdi. Necə ki, ümummilli liderimiz Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur, deyirdi. Şuşa bir daha anladıq ki, ruhumuzun anasıdır. Şuşanı almaq olduqca çətin görünsə də əsgərlərimiz bunu bacardı. Bununla da torpaq , vətən uğrunda döyüşmək, canından keçməyi bir daha qəhrəman oğullarımız dünyaya sübut etdi. Bu gün biz qalib xalq adını qazanmışıq. Bunun üçün də şəhidlərimizə, qazilərimizə borcluyuq. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla ordumuz bizə əvəzi olmayan xoşbəxtlik bəxş etdilər. Yaşasın Azərbaycan xalqı.Yaşasın Ümummilli liderimiz Heydər Əliyevin həmişəyaşar ideyaları. Yaşasın Müzəffər Ali Baş Komandanımız. Yaşasın ordumuz, qazilərimiz. Həmişə ruhları vətən göylərində olan şəhidlərimizin əbədiyaşar xatirəsi qarşısında baş əyirik.

Aytən Məmmədli- YAP Ağstafa RT-nın məsləhətçisi