22 Dekabr 2024

40 erməni əsiri İrəvana qaytarıldı – YENİLƏNDİ

40-dan çox erməni əsiri olan bir təyyarə İrəvana enəcək, onlar vətənlərinə dönürlər”.

Musavat.com Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma Artsaxın rəhbəri Araik Arutyunyan öz Facebook səhifəsində məlumat verib. O, bildirib ki, əsirlər və onların qohumları ilə şəxsən görüşəcək. Onun sözlərinə görə, itkin düşənlərin taleyinin aydınlaşdırılması, sağ qalan hərbi qulluqçuların və mülki şəxslərin geri qaytarılması, ölənlərin cəsədlərinin tapılması və qohumlarına təhvil verilməsi günümüzün ən aktual humanitar məsələləri olaraq qalır.

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər İrəvan və Bakının “hamının hamıya” prinsipi ilə məhbus mübadiləsi barədə razılığa gələ bildiklərini söyləmişdi. Qondarma Artsaxın ombudsmanı Artak Beglaryanın sözlərinə görə, Azərbaycan tərəfində 60 hərbi əsir və 40 mülki şəxs saxlanılır.

Əsir və girovların mübadiləsi çərçivəsində bu gün erməni əsirliyində olan Şahbaz Quliyev və Dilqəm Əsgərov artıq Bakıya qayıdıb.
Musavat.com xatırladır ki, Paşinyandan narazı olan bəzi siyasi qüvvələr və yazarlar isə əsirlərin mübadiləsi ilə bağlı məsələdə onu ittiham edir. Onlar öz bəyanatlarında “Paşinyan bir çox şeyləri bizdən xəbərsiz edir, bundan sonra hansı gizli işlər görəcəyi maraqlıdır” kimi fikirlər səsləndirirlər. Üstəgəl, erməni mediasında əsirlərin dəyişdirilməsi məsələsi də Azərbaycanın siyasi iradəsinin təntənəsi və üstünlüyü kimi qiymətləndirilir. Bir çox məqalələrdə Azərbaycanın qalib tərəf olaraq şərtləri diqtə etməsi və istədiyini ala bilməsi kimi tezislər də yer alıb.

****

23:06

Musvat.com erməni mediasına istinadən xəbər verir ki, əsirləri daşıyan təyyarə artıq İrəvana enib, onların təhvil verilməsi ilə bağlı prosedurlar həyata keçirilir.

Əsirləri qondarma Artsaxın başçısı Araik Arutyunyan və Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan qarşılayıblar.