08 Sentyabr 2024

3 rayonda su kəsiləcək XƏBƏRDARLIQ

Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah Abşeron, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Musavat.com-a “Azərsu” ASC-dən bildirilib.

Qurum Yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.