23 Dekabr 2024

“Gənclər həftəsi”ndə şəhid və qazi övladları ilə görüş keçirilib.

01 fevral 2022-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gənclər həftəsi” çərçivəsində Vətən müharibəsi dövründə həlak olmuş hərbi və mülki şəhidlərimizin övladları ilə görüş keçirilib.

Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, rəis müavini Aydın Qasımov çıxış edərək «2 fevral – Azərbaycan gəncləri günü»nün təsis edilməsinin 25 illiyi münasibətilə təbriklərini söyləyib , Azərbaycan gənclərinin, eləcə də Bərdə rayon gənclərinin II Qarabağ müharibəsində göstərdikləri şücaətdən, ölkə Prezidenti cənab İlham Əliyevin onlara verdiyi yüksək qiymətdən, şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən, həmçinin gənclər və idman siyasəti üzrə aparılan işlərdən danışıblar.

Tədbirdə iştirak edən hərbi və mülki şəhidlərimizin övladlarına Bərdə rayon Gənclər və İdman İdarəsinin hazırladıqları xatirə hədiyyələri təqdim olunub.