Peskov təkzib etdi: Putin hələ də peyvənd olunmayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinə COVID-19 əleyhinə vaksinin hələ də vurulmadığını bildirib.
Rusiya liderinin koronavirusa qarşı peyvənd olunması barədə “Telegram”da məlumat yayılıb.
Peskov xəbərləri təkzib edərək deyib: “Bu, həqiqətə uyğun deyil. Peyvəndləndiyi barədə özü məlumat verəcək”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin dekabr ayında keçirdiyi mətbuat konfransında peyvənd olunacağını bəyan etmişdi.//Virtualaz.org