13 Mart 2025

2035-ci ildə insanlar vaxtlarının əksər hissəsini belə keçirəcək

Yaxın gələcəkdə insanlar vaxtlarının əksər hissəsini virtual aləmdə keçirəcək.

Bu barədə “NeuroNet” və “SportNet” işçi qruplarının eksperti Vladimir Statut məlumat verib.

Onun sözlərinə görə, artıq 2035-ci il üçün dünyadakı kompüter istifadçilərinin 90%-i metakainatlara qoşulacaq.Mütəxəssis tədricən üçölçülü kiberreallığın gündəlik həyatı əvəz edəcəyini bildirib.

O, perspektivdə fərqli şirkətlərin hazıladıqları metakainatların birləşməsi və vahid virtual dünyanın yaradılmasını da istisna etməyib. (Oxu.az)