23 Dekabr 2024

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Tərtərdə anım tədbiri keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin, Bərdə Regional Mədəniyyət İdarəsi və Tərtər rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətləri” adlı görüş keçirilib.

Tədbir 20 Yanvar şəhidlərinin və onların timsalında Vətən uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutu ilə başlayıb.

Daha sonra Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edərək, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti, bu bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməlləri qeyd edib.

Bundan əlavə görüşdə GİKM-in Tərtər nümayəndəliyinin əməkdaşları və könüllüləri də iştirak edib.