22 Dekabr 2024

16 yaşlı yeniyetmənin meyiti Kürdə tapıldı

İyulun 5-də Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun axtarışları başa çatıb.

Bu barədə FHN-ə istinadən xəbər verir.

E.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal olunan yerdən təqribən 10 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.