15 oktyabr 2003-cü il prezident seçkiləri Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu
15 oktyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. Bu gün Azərbaycan xalqı bir daha müdrik qərar verərək özünün siyasi təminatlı gələcəyini seçmişdir. Bununla da Azərbaycanın siyasi idarəetməsi ümummilli liderdən sonra möhtərəm prezidentimiz İlham Əliyevə etibar olunmuşdir. Aradan xeyli müddət keçəndən sonra bir daha xalqımızın düzgün qərar verdiyi öz sübutunu real həyatda tapmışdır.
Azərbaycan xalqı postsovet dövründə tarixin bir sıra məhruniyyətləri ilə üzləşmiş , tarixin ən dəhşətli faciələrini yaşamışdır . Müstəqillik uğrunda başlayan milli azadlıq mübarizəsi çoxsaylı qurbanların verilməsi ilə nəticələnmişdir. Xalqımızın azadlıq tələbi qarşısında dayana bilməyən imperiya qüvvələri sonunda Azərbaycanın müstəqil dövlətçilik ideyası ilə barışmalı olmuşdular.
Təbii ki , Müstəqilliyi qazanmaq asan olmadığı kimi, əldə saxlamaq ondan da çətin olur. Azərbaycanda mövcud Qarabağ problemi, ermənilərin işğalçılıq siyasəti sayəsində ədalətsiz müharibəyə cəlb olunmağımız, böyük dövlətlərin , xüsusilə də yaxın qonşu dövlətlərin süverenliyimiz sarıdan rahatsız olmaları, müstəqil dövlətçiliyimizə qarşı bədxah niyyətlər, saysız hesabsız təxribatlar hərtərəfli dövlətçiliyimizi təhdidlərlə üzləşdirmiş olurdu. Buna görə də keçmişə baxanda Azərbaycan tarixini bir neçə mərhələyə bölmək olar. Müstəqillik uğrunda mübarizə dövrü, müstəqilliyin ilk illərində ölkədə yaranmış xaos, ümmummilli liderin Naxçıvandan siyasi hakimiyyətə dəvət olunması , Qurtuluş tarixinin yaranması, qurtuluş tarixindən sonra yeni mərhələnin başlanması kimi təhlillər barədə düşünmək mümkündür. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi təhlükədən sovuşdurmuş oldu. Ağıllı , düşünülmüş siyasət sayəsində Azərbaycan dövlətçiliyi tarixin ən böyük imtahanlarından alnıaçıq,üzüağ çıxmağı bacardı. Və beləliklə Azərbaycanın siyasi, iqtisadi , soaial əsaslar üzərində dövlət siyasəti uğurla həyata keçirilməyə başladı. Azərbaycan yeni beynəlxalq təşkilatlarda təmsil olunmağa davam etməklə daha gur səslə dünyaya sözünü çatdıra bildi. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində diplomatiyamızın zəfəri olaraq beynəlxalq təşkilatlardan ard – arda ədalətli qərarlar çıxarmağı başladı. Dünyada güclü erməni lobbisinin xalqımıza qarşı fəaliyyətinə baxmayaraq Lissabon sammitində ermənilərin diplomatiyasını tam məğlub etməklə Azərbaycan böyük qələbəyə imza atmış oldu. Azərbaycanın neft strategiyasının əsasının qoyulması böyük iqtisadi, siyasi , sosial dirçəlişin həyata keçirilməsi demək idi.
Ümummilli liderimizin qoruyub, saxladığı Azərbaycan dövlətinin etibarlı əllərdə olması tarixi şəraitin tələbi olaraq qiymətləndirilir, xalqımız bu məsuliyyəti açıq-aşkar dərk edirdi. Ümummilli liderimiz Heydər Əliyev də həmişə müdrik qərarlar çıxardığı kimi bu dəfə də Azərbaycanın gələcək hədəflərə apara biləcək namizədin, ancaq İlham Əliyev oluğunu qətiləşdirmiş, bu yolda seçim edərək özünün namizədliyini geri götürmüş və qədirbilən xalqı yeni liderə səs verməyə çağırmışdır. Azərbaycan xalqı dahi liderinə həmişəki kimi inam bəsləməklə ümummilli liderin çağırışına səs verərək , özünün layiqli oğlunu Azərbaycan Respublikasının Prezidenti seçmişdir.
15 oktyabr 2003-cü ildə keçirilən seçkilər nəticəsində inamlı qələbə ilə prezident seçilən İlham Əliyev “ümummilli liderin” siyaəsətinə sadiq qalaraq Azərbaycanı qətiyyətlə yeni-yeni qələbələrə doğru aparmış oldu. Neft strategiyası uğurla davam etdirildi, neftin nəqli üçün nəhəng layihələr reallaşdırıldı, ipək yolu nəqliyyat sistemi yaradılmış oldu. Sosial siyasət təkmilləşdirilərək şəhid və qazi ailələrinin sosial müdafiəsi göcləndirildi. Əməkhqqı və təqüdlər artırılmaqla insanların rifahı yüksəldilmiş oldu. Məcburi köçkünlərin mənzillərlə təminatı həyata keçirilməklə hər bir vətəndaşın diqqət mərkəzində olduğu bir daha sübuta yetirilmiş oldu.
Regionların İqtisadi İnkişaf Proqramlarına uyğun olaraq bölgələrin dirçəldilməsi xüsusilə yüksək qiymətləndirilməlidir. Rayon və şəhər mərkəzləri abadlaşdırılmaqla infrastruktur layihələri həyata keçirildi. Yollar, qaz xətləri, əhalinin su təminatında bir sıra layihələrin həyata keçirilməsi prezidentin seçkidən qabaq vədlərinin ardıcıllıqla həyata keçirilməsi demək idi.
Ən əsası da ordu quruculuğunun uğula həyata keçirilməsi, ordumuzun silah arsenalının müasir silahlarla təmin olunması prezidentimizin misli bərabəri olmayan fəaliyyətin tərkib hissəsidir. Məhz bunun sayəsində 44 günlük vətən müharibəsində düşmən üzərində qəti qələbə, böyük zəfər əldə edə bildik. 30 ilə qədər düşmən işğalı altında olan torpaqlarımız azad edildi.
Bu gün də möhtərəm prezidentimiz uğurla Azərbaycanı inkişafa doğru aparmaqda davam edir. Dünyada yaranmış çətin geosiyasi şəraitə baxmyaraq düzgün qərarlar sayəsində ölkəmizin maraqlarını əsas götürməklə uzaqgörən siyasət həyata keçirir. Heç şübhəsiz ki, bu da Azərbaycanın həmişə güclü olması deməkdir.
Musa Muradlı- Ekoloji İnformasiya İB-nin sədri