16 Aprel 2024

13 dekabr şəhid Mübariz Muradovun doğum günüdür

Ayrılığın 25 ili.

13 dekabr şəhid Mübariz Muradovun doğum günüdür

Murovda qar səsi var

Yağıbdı qar səsi var

Allah balam yeni- yetmədi

Gözündə yar həvəsi var

Bu sətirləri şəhid anası Əsli Muradova Murovdan qayıdan övladını bir soyuq qış günündə ahu-naləsilə, fəryad edib,qarşılayanda deyib..27 dekabr 1995-ci ildə şəhid olub, evinə dönmüşdü Mübariz. O, ağrılı gündən  25 il ötür. Onda Mübarizin 19 yaşı vardı. Yaşasaydı indi 45 yaşını haqlamış olardı.

Mübariz 13 dekabr 1976-cı ildə Bərdə rayonunun Mustafaağalı kəndində doğulub. Uşaqlığından seçilrdi hərəkətləriylə başqalarından. Mərdlik, comərdlik varıydı xasiyyətində. Qorxu bilməzdi, qətiyyən!

Əsgərlik həyatına həmişə maraq göstərirdi. Yuxarı sinifdə oxuyanda hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyirdi.

05.07.1994-cü il. Mübarizin arzusunda olduğu həmin günüydü. Əsgər gedirdi. Anasını, bacı-qardaşlarını bağrına basıb,gülə-gülə evdən ayrıldı.

Bərdə rayon Hərbi Komissarlığından çağrışçıları götürən avtobus günortaya yaxın yola düşdü. Ertəsi gün Biləcəri çağırış məntəqəsindən Mübarizin həyatının yeni mərhələsi başladı.Həmin gün uşaqlığın son günü oldu.Vətənə xidmət başladı.

Bir müddət Pirişküldə ilkin təlimlər, hərbi andiçmə mərasimi keçirildi. Dəyanəti,dözümü hərbi rəhbərliyin diqqətini çəkdiyindən Mübarizi Xüsusi Təyinatlı qoşun növünə cəlb etmişdilər.

Evdən Mübarizin görüşünə gələndə O, Qala hərbi hissəsində idi.Təlimlər hələ davam edirdi.

Bir neçə dəfə belə görüşlər oldu. Bir dəfə isə görüşə gələndə Mübarizgili cəbhəyə yola salmışdılar. Şəmkir korpusuna , ordanda Murovdağa , qarlı, qıpçaq mövqelərə yerləşdirməklə vətənin keşiyini tapşırmışdılar.

Yenə ANA övladının arxasınca üzü soyuq dağlara sarı yüyürürdü. Alaxançallıya çatanda Mübariz başqa yerə göndərilmişdir. Ordan qayıdıb, Toğanaya gəlmişdir. Yuxarı mövqedən endirmişdilər Mübarizi. Anası və qardaşı ilə görüşsün deyə.

Son görüş oldu. Bir ay keçmədiki Mübariz evinə döndü.27 dekabr 1995-ci il.Əsgər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu.