23 Dekabr 2024

11 ay sonra final yarışması keçirilən “Səs uşaqlar”ın qalibi bəlli oldu

İctimai Televiziyada yayımlanan “Səs uşaqlar” müsabiqəsinin 11 ay sonra finalı gerçəkləşib.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, münsiflər heyətində Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Murad Arif və Çingiz Mustafayev olan yarışmanın finalı ötən gün baş tutub.

Xalq artisti Zülfiyyə Xanbabayevanın komandasından Sona və Zəminə, müğənni Çingiz Mustafayevin komandasından Yalkı və Əminə, bəstəkar-müğənni Murad Arifin komandasından isə Adelina və İsgəndər qələbə uğrunda mübarizə aparıblar.

Səsvermə nəticəsində Əminə birinci olub.

Qeyd edək ki, yarışmanın finalı ötən ilin iyununda baş tutmalı olsa da, karantin səbəbindən təxirə salınmışdı.