22 Dekabr 2024

10 günə ingilis ailəsini dağıtmaqda ittiham olunan ukraynalı qadından şok açıqlama

Bir müddət bundan əvvəl İngiltərədə bir ailənin evinə sığınan ukraynalı gənc qadının yaşadıqları dünya mediasında gündəm olmuşdu.

Belə ki, Sofiya Karkadım adlı 22 yaşlı ukraynalı qadını evlərində qonaq edən Qarnet cütlüyünün 10 illik evliliyi cəmi 10 günə, yəni ukraynalı qadının evdə qonaq olmağa başlaması ilə sona çatmışdı. Toni Qarnetin arvadı Lorna Qarneti gənc ukraynalı qadın üçün tərk etdiyi məlum olmuşdu.

İngiltərə mətbuatında “ev dağıdan ukraynalı qaçqın” kimi tanına Sofiya Karkadım nəhayət ki, səssizliyini pozub.

“Mən heç kəsi “oğurlamamışam”, münasibətimiz real və gözəldir. Bu, 29 yaşlı bir gəncin şüurlu qərarıdır. İngiltərə mediası bu vəziyyətə çox dramatik yanaşdı. Mənə dəhşətli insan olduğumu, ölkəm üçün pis bir şey etdiyimi söyləyənlər var. Böyük Britaniyada hamı eyni şeyi düşünür, amma bunların hamısı yalan, boşboğazlıqdır. Məncə, onların münasibətləri mən gəlməmişdən çox əvvəl bitmişdi”, deyə ukraynalı qadın qeyd edib.

Xalidə Gəray
Musavat.com

62b81c7786b2440dfcdf7ed4.jpg (32 KB)