08 Sentyabr 2024

1 iyun uşaqlar günü:Bərdəli ictimai fəal şəhid övladlarını ziyarət edib

Bərdə şəhərində yaşayan gənc ictimai fəal Ramal Əhmədov rayon ərazisindəki 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Fəal gənc R.Əhmədovun Media1.az-a bildirdiyinə görə O, “1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə bağlı olaraq şəhid övladlarını sevindirmək istəyib. Bunun üçün də şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edib.

“Bildiyimiz kimi, Şəhid ailələri və Qazilərə Cənab Prezident İlham Əliyev və birinci-vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilir.Onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu yöndə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Şəhidlərimizin bizə əmanət övladlarına baş çəkmək, onlarla maraqlanmaq, onlara maddi və mənəvi dəstək bizim borcumuzdur.” – deyə Ramal Əhmədov Media1.az-a bildirib.