Ərdoğan: “Hədəfimiz Çindən və Almaniyadan 50 milyon doza peyvənd almaqdır”

Ötən il dünyada baş verən hadisələr barədə qiymətləndirmələr edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin bütün insanlıq üçün çətin keçdiyini bildirib.
Bu barədə “Anadolu” agentliyi xəbər yayır.
O qeyd edib ki, ölkəsinə 3 milyon doza peyvənd gəlib və peyvəndin alınması davam edəcək:
“Hədəfimiz Çindən 50 milyon və Almaniyadan da o qədər peyvənd almaqdır. Ümid edirəm ki, vətəndaşlarımızın peyvəndə qarşı bir təqvim çərçivəsində münasibəti xəstəlik sayını daha da azaldacaq və ölüm sayının azalmasına səbəb olacaq”.
Oxu.az