Ərdoğan girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan gəminin kapitanlarından Furkan Yarenlə telefonla danışıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən Türkiyə Prezidenti Qabonda lövbər salan gəmidən sağ qalan üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və yenidən sağalmaları ilə bağlı istəklərini çatdırıb.
Rəcəb Tayyib Ərdoğan gəminin dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.