Əhmədzadə haqda ittihamlar Türtkiyə mediasında… – VİDEO
Türkiyənin Ulusal Kanal Televiziyasında efirə gedən həftəlik “Azərbaycan Gündəmi” proqramında ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Dövlət Televiziyasına verdiyi son müsahibəsində qaldırdığı məsələlər – bir sıra məmurların Şuşa şəhərini zəbt etmək istəkləri barədə süjet yayımlanıb.
Azərbaycanda məmurların torpaq zəbt etmək, dövlət büdcəsini talamaq və əhaliyə qarşı hörmətsiz davranışları barədə danışılıb və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin Qax və Zaqatala bölgəsindəki qanunsuz əməlləri barədə süjet yayımlanıb. //qax.org.az//